|
|
Qarabağ və Xocavənd SSRİ dövründə Ermənilərin DQMV-yə iddiaları.
|
Dağlıq Qarabağ münaqişəsinin qısa tarixi. Qafqazda əhalinin süni dəyişilməsi.
Yuxarıda təqdim edilmiş XIX əsr və XX əsrin əvvəlinin qafqazşünaslarının fikirlərindən bir neçə nəticə çıxarmaq olur: erməni etnosu nəinki Qarabağda və ya Azərbaycanda, həmçinin bütünlüklə Cənubi Qafqazda yerli əhali (avtoxton) ola bilməzdi. Qarabağın bir hissəsi olan Zəngəzura (indi Ermənistan Respublikasının tərkibindədir) və Azərbaycanın digər regionlarına ermənilər müxtəlif ölkələrdən və müxtəlif vaxtlarda köçürülürdülər... [ardını oxu] |
1967-ci ilin Kuropatkino kəndində qanlı təxribatı və onun nəticələri
Məsələn, erməni tərəfi bildirir ki, «Ərşad Məmmədovun başçılıq etdiyi və onun qohumları Ə.X.Məmmədov və Z.S.Məmmədovun da daxil olduğu banda meşədə vəhşicəsinə və sadistcəsinə 8 yaşlı oğlan Nelson Movsesyanı qətlə yetirmiş, onun başına mismar vuraraq sözün əsl mənasında onu çarmıxa çəkmişdir». Lakin erməni tərəfi, «banda üzvlərinin» ətraf yerlərdə hörmət sahibi və yerli əhali arasında nüfuza malik olan briqadir, məktəb direktoru və sadə kəndlidən ibarət olmasının üzərindən sükutla keçir. Həmçinin Ə.Məmmədovun erməni oğlanı qətlə yetirdikdən sonra onu öz sahəsinə gətirməsi də heç bir məntiqə sığmır!Lakin bütün bu nüanslar erməni millətçi dairələrini o zaman, elə indi də az maraqlandırır. Onlar öz təbliğatlarının təsiri altında 1967-ci il hadi-sələrini «DQMV-nin Ermənistana birləşdirilməsi uğrunda mübarizənin boğulması» hesab etmişdilər. [ardını oxu] |
Erməni vəhşiliyi Markar Melkonyanın öz ifadəsində.
1991-ci ilin ərəfəsində Keçəl, bir-iki dostu ilə birgə, o cümlədən dostluq etdiyi yerli polis Ardaq daxil olmaqla, öz əsirlərini Erablur zirvəsinə gətirdilər ki, Yerevan yaxınlığında olan həmin təpənin üstündə qəbiristanlıq var idi. Orada onlar Səidi Harut adlı döyüşçünün böyük ağacın altındakı qəbrinin qarşısında təpiklə diz üstə çökdürdülər. Sonra, üç uşaq atası olan Keçəl, Səidin başını küt bıçaqla kəsməyə başladı. Əvvəlcə Səid qışqırırdı, sonradan bu qışqırtılar inilti və quruldamaqla əvəz olundu. Nəhayət Ardaq buna qulaq asa bilməyərək, bıçaqı Səidin sinəsinə sancdı. Onlar Səidin bütün qanını Harutun qəbri üzərinə buraxdıqdan sonra çıxıb getdilər”. [ardını oxu] |
Bu hərəkat artıq partiya rəhbərliyi səviyyəsində
deyil, daha da genişlənərək, ittifaq səviyyəli partiya və dövlət
orqanlarına müxtəlif sosial təbəqələrin nümayəndələrindən ərizə,
müraciət və imza toplanması şəklini almışdı. Əvvəlki sərhədlərin
dəyişdirilməsi məsələsində ermənilərə SSRİ Ali Soveti Rəyasət Heyətinin
Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə 19 fevral
1954-cü ildə qəbul etdiyi «Krım vilayətinin RSFSR tərkibindən
çıxarılaraq Ukrayna SSR-ə verilməsi haqqında» fərmanı böyük ümidlər
verirdi.
Bununla əlaqədar tədqiqatçı S.P.Zelinski qeyd
edirdi ki, Qarabağda, müxtəlif vaxlarda peyda olmuş ermənilər
bir-birinin dilini başa düşmürdü: “Zəngəzurun (Qarabağ xanlığının
tərkibinə daxil idi) müxtəlif yerlərindən olan ermənilər arasındakı əsas
fərq, onların danışıq ləhçəsidir. Burada olan ləhçələrin sayı, demək
olarki, buradakı mahal və ya kəndlərin sayına bərabərdir”.
Kuropatkino və Stepanakertdə baş verən hadisələrin
erməni tərəfindən verilən şərhi və izahı heç bir tənqidə layiq deyil.
Erməni təbliğatı yalan məlumatlar yayır və cinayət işinin materiallarına
ziddiyyət təşkil edir.
1990-cı
ilin noyabrında Keçəl, sərhəddə yerləşən kənddən Azərbaycan Xalq
Cəbhəsinin bir cavan fəalını oğurladı.
Səid adlı cavan azərbaycanlı, bir aya
yaxın Yerevan yaxınlığındakı bağ evində zəncirlə divara buxovlanmışdı.